Qobu qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verib.

FHN-dən unikal.org-a verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, "KamAZ" markalı avtomobil yükünü boşaldarkən aşıb, nəticədə sürücü, 1965-ci il təvəllüdlü Əhmədov Nəriman Qurban oğlu nəqliyyat vasitəsinin altında qalaraq ölüb.

Sürücünün meyiti xilasedicilər tərəfindən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.