Bakıda 3 otaqlı mənzildə yanğın baş verib.

Unikal.org-un FHN-in saytına istinadən məlumatına görə, Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 55 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanmış, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 5 m² sahədə əriyib. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.