Qusar rayonunda bədbəxt hadisə baş verib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Aladaş kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Qafarov Aydabala Kamal oğlunu elektrik xətlərinə müdaxilə etdiyi zaman elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar aparılır.