Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov İctimai Televiziya və Radio Yayımları Şirkətində prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı çıxışlarına maünasibət bildirib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, MSK sədri deyib ki, çıxışlar zamanı hər hansı xoşagəlməz hal baş verməyib. O bildirib ki, müəyyən edilən mövzulardan kənar çıxışların olması da normaldır: "Hər şey çox yaxşıdır demək istəmirəm. Çünki sonra arxayınlaşarlar. Ümumilikdə isə namizədlərin seçkiqabağı təşviqatı normal şəkildə aparılır.