Bakının Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən unikal.org-a verilən məlumata görə, Nazirliyin hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada 1961-ci il təvəllüdlü Batıyeva Aidə Aydın qızının meyitini aşkarlayıblar.

Meyit aidiyyəti üzrə təhvil verilib.