Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, martın 28-də saat 1 radələrində Sumqayıt şəhərinin S.Vurğun küçəsində şəhər sakini Mahir Musayev idarə etdiyi "Mercedes markalı avtomobillə yolu keçən Zaur Nağıyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.