Azərbaycanda vərəm infeksiyası ilə əlaqədar epidemioloji vəziyyət stabildir.

Bu barədə unikal.org-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, keçən il ölkədə vərəmlə xəstələnmə halları hər 100 000 əhaliyə 39.8 təşkil edib.

"Bundan başqa, 2016-cı ildə dünyada 6.3 milyon yeni vərəm xəstəsi aşkar edilib və qeydiyyata alınıb. Vərəmin ən çox yayıldığı ölkələr Hindistan, İndoneziya, Çin, Pakistan və Filippindir. 6.3 milyon yeni vərəm xəstəsi arasında 490000-i dərmanlara davamlı vərəm xəstəsidir. Dərmanlara davamlı vərəm ildən ilə artmaqda davam edən təhlükə olaraq qalır", - deyə, nazirlikdən bildirilib.