Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilib.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani biznes forumda iştirak ediblər.

Əvvəlcə Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx göstərilib.

Prezident İlham Əliyev və Prezident Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində inşa olunan "Azərmaş ASC və "İran Khodro şirkətinin birgə "Xəzər avtomobil zavodunun açılışını bildirən düyməni basıblar.

Sonra avtomobil zavodunda istehsal prosesini əks etdirən videoçarx təqdim olunub.

Daha sonra Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Azərbaycanın sərmayə yatırdığı İranın Astara Yük Terminalına dair videoçarx nümayiş etdirilib.

Dövlət başçıları biznes forumda nitq söyləyiblər.

*** saat 10:33

 Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilir.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani biznes forumda iştirak edirlər.