MDB PAA Demokratiyanı, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialı tərəfindən Azərbaycan Respublikasının Xaçmaz şəhərində  "Gənclər seçir və seçilir adlı Beynəlxalq seminar keçirilib.

Unikal.org xəbər verir ki, seminarda MDB PAA Şurasının Katibliyi və onun Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq institutunun nümayəndələri və ekspertləri, qonaqlar, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və bir sıra dövlət qurumlarının əməkdaşları iştirak ediblər.

Seminarda Azərbaycanın içtimai-siyasi həyatında gənclərin iştirakının xüsusiyyətləri, tendensiyaları və perspekriv imkanları müzakirə edildi.

Seminarın mövzusuna uyğun olaraq müzakirələr aparıldı və MDB PAA DİMBİ Bakı filialının hazırladığı əyani vasitələr seminar iştirakçılarına paylandı.