Nuranə Göktaş adlı vətəndaş "LUKOİL" yanacaqdoldurma məntəqəsində ondan 6,5 manat artıq pul alındığını iddia edir.

Unikal.org bildirir ki, xanım sürücünün sözlərinə görə 19.03.2018 tarixində Bakı şəhəri Xətai rayonu R. Quliyev küçəsi 6 ünvanında yerləşən "Lukoil -Azərbaycan QSC yanacaq doldurma məntəqəsində baş verib. O, 5 ildir idarə etdiyi "Kia Sportage " markalı (muhərrik 2 kub- litr) avtomobilə Aİ-92 markalı yanacaq doldurub. Bu zaman "LUKOİL" yanacaqdoldurma məntəqəsinin ona qarşı fırıldaqçılıq etdiyini bildiribO, hadisəni belə şərh edir:

"Çəndə 3-5 litr yanacaq olsa da , həmişə olduğu kimi avtomobili bir az irəli sürməyi bildirdilər, çəni tam doldurub, məndən 56 AZN pul aldılar. Bu zaman çeki tələb edib, aldım. Operatora iradımı bildirdim ki, boş çən 55 litr tutur. Bunun da dəyəri 49,50 azn edir. Məndən artıq alınan pulu tələb etsəm də operator "böyüklərdən heç kəs yoxdur deyib imtina etdi.

Xanım sürücü əlavə edir ki, sonradan "LUKOİL" yanacaqdoldurma məntəqəsinin əməkdaşı Bahadur adlı şəxs ona zəng edib. Amma bu şəxs də yaranan problemi həll etməyib.