"Aşıq Şəmşir Mədəniyyət Ocağı ictimai birliyi 11 Aprel Prezidnet seçkilərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçki təbliğat-təşviqat kompaniyası çərçivəsində "İlhamla İrəli" adlı növbəti tədbirini keçirib.

Unikal.org xəbər verir ki, "Aşıq Şəmşir Mədəniyyət Ocağı ictimai birliyinin sədr müavini Həbib Misirov ölkəmizdə sabitliyin və əmin-amanlığın təmin edilməsində, gündən-günə inkişaf edən iqtisadiyyatımızın yüksəlişində təminatçı olan və ulu öndərin ideyalarını ləyaqətlə həyata keçirən İlham Əliyevin məqsədyönlü fəaliyyətindən danışmış, bu nailiyyətləri faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırdi. Bildiri ki, yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun inkişafı, regionlarda yeni istehsal və sənaye müəssiələrinin yaradılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar, maaşların, pensiyaların yüksəldilməsi, həmçinin ordu quruculuğuna xüsusi önəm verilməsi xalqın ürəyincədir. Bütün bunlardan sonra növbəti prezident seçkilərində seçicilərin dövlətimizin başçısı cənab İlham Əliyevə alternativ namizəd görməməsi təbiidir. Azərbaycanın bütün bölgələri, kənd və şəhərlərləri prezident İlham Əliyevin rəhbərliyi sayəsində sürətlə inkişaf edir və çiçəklənir. İqtisadiyyatımızın dinamik inkişafı və xalqımızın rifah halının yaxşılaşdırılması naminə görülmüş əməli fəaliyyətlər hər bir vətəndaş üçün qürur mənbəyidir. Bu gün Azərbaycan regionun söz sahibinə çevirilib. Azərbaycanın içazəsi olmadan regionda hec bir beynəlxalq layihə reallaşmır. Həyata keçirilən layihələr Ermənistanı tamamilə kənarda qoyub. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars layihələri onlardan yan keçib. Prezident İlham Əliyevin qətiyyəti sayəsində Şimal-Cənub, Qərb-Şərq Nəqliyyat Dəhlizləri də Ermənistandan yan keçəcək. Bu gün uğurlarımızı gözü götürməyənlər də var. Ən çox təəssüf yaradan məqamlardan biri də odur ki, ölkəmizin uğurlu inkişafını gözü götürməyən ictimai - siyasi sabitliyi pozmağa, beynəlxalq aləmdə qazandığımız yüksək nüfüza kölgə salmağa çalışan xarici qüvvələrlə yanaşı ölkə daxilndə də belə təxribatçı qruplar mövcuddur. Azərbaycan xalqı ağı qaradan seçməyi bacarır. Bu gün gənclərimizdə belə avntürüz insanlara qarşı kəsgin mövqedə durublar. Cünkü gənclər gözəl bilir ki, belə insnaların məqsədi xarici havadarlarının dəstəyi ilə ölkəmizdə yaradılmış ictimai-siyasi sabitlyi pozmaqdır. Azərbaycan gəncliyi öz xöşbəxt gələçəyini möhtərəm prezidentimizin rəhbərliyi altında aparılan idarəcilik sistemində görür. Bu gün Azərbaycan gənclərinin yeganə lideri ulu öndər siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevdir. Son 15 ildə qazanılan uğurların nəticəsidir ki, bu gün Azərbaycanın dünya birliyi ölkələri arasında layiqli yer tutması məhz ölkə başçısı İlham Əliyevin gərgin əməyinin bəhrəsidir və elə buna görə də qarşıdan gələn prezident seçkilərində gənclər onu dəstəkləyəcək və yekdilliklə möhtərəm Prezidentimiz İlham Əliyevə səs verəcəklər.

Sonra Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, "Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin İdarə Heyətinin üzvü Ələmdar Cabbarlı geniş məruzə ilə çıxış etdi. O, bildirdi ki, aprel ayının 11-də xalqımız düzgün seçim edərək öz taleyini yenidən İlham Əliyev cənablarına həvalə edəcək. Natiq vurğuladı ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi uğurlu siyasətin alternativi yoxdur. Ələmdar Cabbarlı gənclərə 90-cı illərin əvvəllərində ölkəmizdəki gərgin ictimai-siyasi durum haqqında geniş məlumat verdi və onların nəzərinə çatdırdı ki, məhz ümumilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri sayəsində Azərbaycan dağılmaq, parçalanmaq təhlükəsindən xilas oldu. Natiq çıxışının sonunda əminliyini ifadə etdi ki, ölkə gənclərinin də seçimi məhz Yeni Azərbaycan partiyasının namizədi cənab İlham Əliyevdir və gənclər aprel ayının 11-də seçki məntəqələrinə gələrək ən layiqli namizədə səs verəcəklər.

"Aşıq Şəmşir mədəniyyət Ocağı İctimai birliyinin layihələr şöbəsinin müdri, 23 saylı Kəlbəcər rayon orta məktəbinin direktoru Həqiqət xanım Şükürova çıxış edərək bildirdi ki, Dövlətimizin başçısının rəhbərliyi altında həyata keçirilən ardıcıl islahatlar nəticəsində müasir Azərbaycan regionun ən güclü dövlətinə çevrilib. Biz gənclər ölkədə yaradılmış əlverişli şəraitdən yetərincə istifadə edib doğma Vətənimizin dünya birliyindəki nüfuzunun daha da yüksəlməsi üçün 11 aprel seçkisində möhtərəm Prezidentimiz İlham Əliyevə səs verəcəyik.