"Hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq 30-31 mart tarixlərində baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə "Azərişıq ASC-də qabaqlayıcı tədbirlər görülür".

Bunu unikal.org-a "Azərişıq ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. Onun sözlərinə görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədi ilə Bakı şəhəri, ətraf kənd və qəsəbələr, regional enerji təchizatı idarələri, şəhər-rayon elektrik şəbəkələri üzrə təsis edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib.

"Texniki direktorlara tabe olan xidmət sahələrində və avtonəqliyyat idarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılıb. Hazırda ölkə boyu istehlakçılar fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunurlar. Gecə saatlarında bəzi yerlərdə baş verən qəzaların nəticələri operativ aradan qaldırılır. Güclü küləyin təsiri nəticəsində fərdi qaydada belə hər hansı problemlər yaranarsa, istehlakçılardan 199 Çağrı Mərkəzinə zəng etmələri xahiş olunur. Daxil olan müraciətlərə əsasən harada problem yaranarsa, "Azərişıq ASC-nin əməkdaşları bu problemi operativ qaydada hazırdır", - deyə T.Mustafayev vurğulayıb.