Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcəyi, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcəyi barədə məlumat vermişdik.

Unikal.org xəbər verir ki, Təhsil Nazirliyi bununla bağlı dünən tələbə və şagirdləri diqqətli olmağa, xüsusilə azyaşlı məktəb şagirdlərinin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırıb. 

Bu gün bəzi məktəblərdə dərslərin təxirə salındığı, hətta dünən bəzi məktəblərdən valideynlərə zəng edilərək övladlarını dərsə gətirməmələri tövsiyyə olunduğu da iddia edilir.

Sözügedən məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxladıq. O, yayılan məlumatların həqiqətə əks etdirmədiyini bildirib:

"Bu cür məlumatlar yalandır. Hava şəraitinin pis olması o demək deyil ki, dərslər təxirə salınsın.Valideynlərə, məllimlərə və məktəb direktorlarına tövsiyyə eləmişik ki, daha diqqətli və tədbirli olsunlar ki, ekstremal hava şəraitində hər hansı problem ortaya çıxmasın. Bu dərslərin təxirə salınması anlamına gəlməməlidir.

Famil Fərhadoğlu