Milli Məclisin ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclası başlayıb.

Unikal.org-un xəbərinə görə, iclasın gündəliyinə bir məsələ daxildir.

Bu, "Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqında sənəddir.

Xatırladaq ki, bu il yanvarın 18-də Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.