Space Tv-nin araşdırmalı verilişi olan "Olar? Olmaz!"-ın dünənki buraxılışı böyük səs-küyə səbəb olub. Belə ki, aparıcı Amil Xəlil sürücünün digər sürücünü "cəzalandırmasından" görüntüləri tamaşaçılara təqdim edib.

Digər yola çıxan sürücünün qarşısını kəsərək metrələrlə geri çəkilməsini tələb edən şəxsin görüntüləri izləyənləri özündən çıxardıb. Kimisi "cəzalandıran" sürücünün səhv etdiyini, polisin işini görməyə səlahiyyətinin çatmadığını qeyd etsə də, kimisi də bu cür "qanunları" düzgün adlandırıb.

Daha sonra Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov da verilişdə iştirak edib. O, bu cür halların düzgün olmadığını, cəzanı və cərməni polis tərəfindən verilməsinin vacib olduğunu qeyd edib. Space-in efirində yayımlan "Siqnal" verilişi də, mövzuya mövqeyini bildirib. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev sürücünün digər sürücünü "cəzalandırması" heç bir qanun və qaydaya uyğun olmadığını vurğulayıb:

"Bəlkə kiminsə maşınında xəstə var, uşaq var, Əgər sən o görüntüləri çəkimisənsə, DYP-yə göndər. Biz də lazımı addımları atacağıq. Amma bunu çəkib, sosial şəbəkəyə yerləşdirmək isə.."

Bu cür hadisələrin baş verməsini aparıcı Amil Xəlil də şərhi edib: "Bir zamanlar yolda YPX-nin əməkdaşlarını görən sürüclər, qarşıdan gələn sürücüyə işıqla xəbər edər və radara düşməməsi üçün xəbər verərdilər. Niyə indi özlərini xəbərə çevirdilər? Sükan əllərində ola-ola yollarını niyə dəyişdilər?

Qalmaqllı verilişi sizə təqdim edirik: