Fransanın Treb şəhərində supermarketə silahlı basqın olub.
Unikal.org xəbər verir ki, cinayətkar supermarketdəki işçi və alıcıları girov götürüb. Polis polkovniki Arno Beltram ( Arnaud Beltrame) girovları azad etmək üçün özünü girov kimi təklif edib.
Cinayətkarın likvidəsi zamanı polis zabiti ağır yaralanıb və həkimlər onun həyatını xilas edə bilməyib.