Dövlət İmtahan Mərkəzində (DİM) aprelin 4-dən yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, ingilis dili, riyaziyyat, kimya, fizika, biologiya, tarix və coğrafiya fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları fəaliyyətə başlayacaq. 

Mərkəzdən Unikal.org verilən məlumata görə, kurslarda müvafiq fənlər üzrə qeydiyyatdan keçmiş şəxslər iştirak edəcəklər. 

Hazırlıq kursunun qiyməti 100 manatdır.

Kurslar aşağıdakı qrafik üzrə fəaliyyət göstərəcək.

Hazırlıq kurslarının qrafiki (2017/2018-ci tədris ili üçün):

â„– Fənnin adı Həftənin günü Başlanma vaxtı
1 İngilis dili I 09:00
2 Azərbaycan dili I 15:00
3 Kimya II 09:00
4 Fizika III 09:00
5 Rus dili III 12:00
6 Biologiya IV 09:00
7 Tarix IV 11:00
8 Coğrafiya V 09:00
9 Riyaziyyat V 11:00
Hazırlıq kurslarının keçirildiyi ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı.