Türkiyənin Atom enerjisi üzrə agentliyi "Rosatom dövlət korporasiyasına "Akkuyu AES-in birinci blokunun tikintisi üçün lisenziya verib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qeyd olunub ki, "Rosatomun həyata keçirəcəyi layihənin bütün tələblərə cavab verdiyi təsdiqlənib.

Məlumata əsasən, Akkuyu Atom Elektrik Stansiyasının təməl qoyma mərasimi aprelin 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putinin iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, Layihənin ümumi dəyəri 20 milyard dollardır.