Bu gün Abşeron, Binəqədi və Nəsimi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən xəbərə görə, buna səbəb Bakı şəhəri Rəsulzadə qəsəbəsindən keçən magistral su kəmərində baş vermiş qəzadır.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu ASC abonentlərdən üzr istəyir.