Bakıda qayda pozduğu üçün saxlanılan sürücü video yayaraq yol polisini ifşa etməyə çalışıb. Lakin videodan aydın olur ki, əslində, sürücü qayda pozub, yol polisi isə yüksək peşəkarlıq göstərərək onu qanuna riayət etməyə dəvət edib. Sürücü çox inad göstərsə də, sonda cərimə yazılıb.

Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, sürücü avtomobildə olan registratoru qoşub özündən razı şəkildə YPX əməkdaşını gözləyir. Polis əməkdaşı nizamnamənin tələblərinə uyğun olaraq özünü təqdim edir və sürücüyə pozduğu qaydanı izah edir. Məlum olur ki, sürücü İstiqlaliyyət küçəsində yolayrıcını keçmə qaydasını pozub. Sürücü inspektordan vəsiqəsini tələb edir. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının əməkdaşı, Mirzəliyev Xəqani Müqabil oğlu sənədlərini göstərir və sürücüdən də eyni qaydada sənədlər tələb edir. Lakin sürücü qayda pozmadığını bildirərək sənədləri vermir. YPX əməkdaşı "Yol hərəkəti haqqında qanunun, İnzibati Xətalar Məcəlləsinin tələblərini izah etməklə sürücünün hüquq və vəzifələrin də mükəmmək şəkildə izah edir. Sürücü israrla yol polisi əməkdaşından kamera görüntüləri istəyir. YPX əməkdaşı nə qədər qanun və maddələri sadalasa da, sürücü onunla razılaşmır.

Nəhayət, YPX əməkdaşı sürücünün şəxsiyyətini bort kompüter vasitəsi ilə müəyyən edir və elektron qaydada protokol tərtib edir.

Özündən razı olaraq çəkilişə başlayan sürücü siqater yandıraraq yenə israrında qalır.