"Xaricdə yaşayan və Azərbaycana qarşı iş aparan bəziləri azərbaycanlı sayılmamalıdır. Onlar Azərbaycan xalqına xas olan xüsusiyyətlərə malik insan deyillər. Xalqımız mərddir, mənəviyyatı olan xalqdır.
Unikal.org-un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
O bildirib ki, belə adamlar xalqa məxsus mənəvi dəyərlərdən uzaqdırlar: "Deputatlar bununla bağlı fikirlərini mətbuatda, televiziya vasitəsilə çatdıra bilərlər.