Milli Məclisin iclasında çıxış edən deputat Siyavuş Novruzov bank kreditləri ilə bağlı müraciət edib.
Unikal.org xəbər verir ki, o, komitə sədri Ziyad Səmədzadəyə xitab etdi: "Mən istərdim ki, Ziyad müəllim və müvafiq qurumların rəhbərliyi bu məsələni ciddi araşdırsın. Bu kreditləri bir-birindən ayırmaq lazımdır. Bir gün burada heabat versinlər ki, nə qədər insan kredit götürüb maşın almaqdan, iş yeri yaratmaqdan ötrü. Kimsə iş yeri yaratmaq üçün kredit götürübsə və təbii fəlakət nəticəsində ziyana düşübsə, ona dəstək verilməlidir. Amma biri kredit götürüb 50 minlik avtomobil almaq istəyibsə, getsin, dövlətin kreditini ödəsin. Eləsi var ki, hüzür məclsini həyata keçirməkdən ötrü kredit götürüb, bu insanları nəzərə almaq lazımdır.
S.Novruzov Maliyyə Bazarlarına Nəzarət Palatasını tənqid etdi: "Biz bu qurumu iki il əvvəl yaratdıq. Ancaq nə səs var, nə soraq. Banklarda şuralar, rəhbərlər dəyişir, hələ Milli Məclis qarşısında deməyiblər ki, nəticə necə oldu. Ən əsası insanların vəziyyətidir, cənab prezident də həmişə insanlarımızın problemlərinin həlli üçün çalışır. Biz qanun qəbul etdik, valyutadəyişlmə məntəqələri yenidən bərpa olunsun. Orada 9 mindən artıq insan ailəsinə çörək aparırdı. Amma məsələ indiyə qədər həllini tapmayıb. Bu, kiminsə inhisarına çevrilib, qanun qəbul olunmasına baxmayarq, imkan verilmir. Hər bir insanı cənab prezidentdən gözləməli deyilik ki. Hər kəs öz işi ilə məşğul olmalıdır.