Artıq dünəndən etibarən sosial şəbəkələrdə tanınmış jurnalist Aytəkin Alxaslının skuterlə qəzaya düşdüyü anın görüntüləri yayılıb. Hadisənin baş verdiyi ərazidə olan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev qaçaraq jurnalistə kömək edib.

Məsələ ilə bağlı tanınmış jurnalist Aytəkin Alxaslı ilə əlaqə saxladıq. Xanım jurnalist unikal.org-a bildirib ki, bu hadisə ANS-də çalışdığı dönəmdə yəni, 2011-ci il dekabrın 2-də baş verib:

"İllər öncə bu hadisə baş verib. Yenidən bu hadisənin gündəmə gətirilməsinin səbəbini anlaya bilmirəm. Mən jurnalistəm istənilən yerdə başıma hadisə gələ bilər. Heç kim baş verəcək hadisədən siğortalanmır. Mən sadəcə skuter sürmək istədim. Bacarığım olmadığı üçün yıxıldım. Amma orda olan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin bu məsələdə adının hallanmasını qətiyyən istəmirəm. Mən icazə vermirəm ki, bu hadisə ilə bağlı kimsə onun adını hallandırsın. Şükür Allaha ki, bu hadisədən zərər almadım.

Aytəkin Alxaslı artıq videonun kim tərəfindən yayıldığını da müəyyənləşdirib:

"Mən bilirəm bu videonu kim paylaşıb. Bunu şimal bölgəsində jurnalist kimi fəaliyyət göstərən televiziyalardan birinin əməkdaşı gündəmə gətirib. Bu videonun yayılmasından xəbərsizəm. Kimsə elə düşünə bilər ki, özümü kiməsə göstərmək üçün belə bir addım atmışam. Qətiyyən, özümü heç nə ilə gündəmə gətirmək fikrində olmamışam. İnanıram ki, bu görüntülər pis deyil, xoş niyyətlə paylaşılıb.



Famil Fərhadoğlu