Xəbər verdiyimiz kimi, "Baku Medical Plazanın Qadın xəstəlikləri və Doğum Şöbəsinin cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyeva bu gün vəfat edib.

Unikal.org xəbər verir ki, həkimin qəflətən təzyiqi qalxıb, beyninə qan sızıb və vəfat edib. Səbinə Mirzəyeva, pasiyentlərin sevimli həkimi, iş yoldaşlarının isə hörmət etdiyi həmkarı idi. Cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyevanın vaxtsız vəfatı ilə bağlı "Baku Medical Plaza kilinikasının kollektivi başsağlığı veriblər:

"Bu gün klinikamız üçün ağır itki baş vermişdir. Ginekoloqumuz Dr. Səbinə Mirzəyeva vəfat edib. Ailəsinə klinikamız adından dərin hüznlə başsağlığı veririk. Allah Rəhmət eləsin!