"Çox qısa zamanda müvafiq tədbirlər görüləcək
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini və müvafiq şöbələrin rəhbərləri yanğın baş verən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən "Gilavar" sanatoriyasının ərazidədirlər.
Unikal.org xəbər verir ki, bunu apa-ya açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib.
E. Qədimov deyib ki, həmin ərazidə müvafiq araşdırma işləri aparılır və çox qısa zamanda müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, bu gün Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən "Gilavar" sanatoriyasının ərazisində (hazırda fəaliyyət göstərmir) məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli korpusun 1-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otağın və dəhlizin yanar konstruksiyaları, binaya bitişik tikilmiş ümumi sahəsi 18 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və zirzəmiyə yığılmış məişət əşyaları 18 m² sahədə yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdəki tüstülənmiş otaqlardan 55 nəfər sakin Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən təxliyə edilib. Bina yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.