Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovla bağlı ölkə başçısına və Baş Prokurorluğa müraciəti artıq nəzarətə götürülüb. 

 Bu barədə Unikal.org-a şikayətçi Bakı şəhər sakini Natəvan Əsədova deyib. Qeyd edək ki, Bakı şəhər sakini Natəvan Əsədova prezident İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onlardan 57 min manat alması ilə bağlı şikayət edib. Son məlumata görə, Natəvan Əsədovanın Müşfiq Abbasovla bağlı şikayət ərizəsi artıq Prezident Adminstarsiyasında nəzarətə götülüb. Şikayətçi ümid edir ki, bundan sonra sabiq müstənqtiqin əməlinə hüquqi qiymət veriləcək və onlara dəymiş zərərin geri ödənilməsi təmin ediləcək. Qeyd edək ki, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin sabiq böyük müstəntiqi Müşfiq Abbasov ötən ilin avqustunda barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilər həbs edilmişdi. Sonradan onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənmişdi. 

Bakı şəhər Prokurorluğunun dələduzluqda təqsirləndirilən sabiq müstəntiqi Müşfiq Abbasov Səbail Rayon Məhkəməsinin hökmü ilə 3 il sınaq müddəti təyin edilməklə, ona şərti cəza alıb.