"Bayraq Meydanı" ilə bağlı xarici ekspertlər dəvət olunub".
Unikal.org Report-a istinadən xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov deyib.
O bildirib ki, tikilən hər bir qurğunun küləyə qarşı davamlılığı hesablanmalıdır: "Yəqin ki, bununla bağlı hansısa səhvə yol verilib".
Qeyd edək ki, "Bayraq Meydanı"ndakı bayraq dirəyindən Azərbaycan bayrağı çıxarılıb. Bayraq ötən müddətdə yerinə qaytarılmayıb.
A.Şərifov həmçinin Bayılda uçan 6 evə kvadratına görə kompensasiya veriləcəyini bildirib:
"Sovetski"də evlərin sənədləri var idi. Amma buradakı evlərin sənədləri yoxdur. Ona görə də kvadrata görə veriləcək pulun məbləği müəyyən olunmayıb".