Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub.

Unikal.org  xəbər verir ki, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə xəstəxananın Poliklinika şöbəsinin müdiri Hüseyn Şahmalıyev təyin edilib.