Daxili işlər naziri Ramil Usubov Azərbaycan Respublikası Prezidentinin Xarici Siyasət məsələləri üzrə köməkçisi, Administrasiyanın xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədovun oğluna yüksək vəzifə verib.
Unikal.org Bizim Yol-a istinadən xəbər verir ki, Daxili işlər naziri Ramil Usubovun əmri ilə bir müddət bundan əvvəl Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisi təyin edilən polis polkovnik-leytenantı İsmayıl Məmmədov Noruz Məmmədovun oğludur. İsmayıl Məmmədov bundan əvvəl də DİN-də çalışıb.