Azərbaycanda 2018-ci il yanvar ayının 1-nə olan iri və xırdabuynuzlu heyvanların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, 2017-ci yanvarın 1-i vəziyyətinə Azərbaycanda uzunqulaqların sayı 34 068 baş idisə, 2018-ci ilin yanvar ayının 1-nə olan məlumata görə bu rəqəm 3 214 baş azalaraq 30 854 baş olub.

Azərbaycanda atların da sayında kəskin azalma qeydə alınıb.

Belə ki, 2017-ci yanvarın 1-i vəziyyətinə ölkədə 71 606 baş at qeydə alınmışdısa, 2018-ci ilin yanvar ayının 1-nə olan məlumata görə bu rəqəm 3 086 baş azalaraq 68 520 baş olub.

Azərbaycanda qoyun və keçilərin sayında da kəskin azalma qeyd alınıb.

Belə ki, 2017-ci yanvarın 1-i vəziyyətinə qoyunların sayı 7 966,5 min baş olmuşdusa, 2018-ci ilin yanvar ayının 1-nə olan məlumata görə 145,5 min baş azalaraq 7 821,0 min baş təşkil edib.

Həmçinin, 2017-ci yanvarın 1-i vəziyyətinə keçilərin sayı 648,3 min baş olmuşdusa, 2018-ci ilin yanvar ayının 1-nə olan məlumata görə 15,0 min baş azalaraq 633,3 min baş olub.

Adını sadaladığımız heyvanlardan fərqli olaraq ölkəmizdə quşların sayında artım qeydə alınıb.

Belə ki, 2017-ci yanvarın 1-i vəziyyətinə ölkədə müxəlif növ quşların sayı 28009,5 min baş baş idisə, bu rəqəm 2018-ci ilin yanvar ayının 1-də artaraq 30473,4 min baş baş olub