Prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib.

Unikal.org xəbər verir ki, görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev, YAP Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, rayon ictimaiyyətinin qadın nümayəndələri və digərləri iştirak ediblər.

Görüş aprel döyüşlərində şəhid olmuş əsgərlərin ruhlarının sükutla anılmasından sonra tədbir öz işinə başlayıb.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev tədbirin keçirilməsində məqsədin qadın seçicilər arasında seçki prosesini və seçkilərdə iştirakı, eləcə də fəallığı təmin etmək olduğunu bildirib. T. Tağıyev partiyanın namizədi İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə istər regionda istərsə də bütün dünyada qazandığı uğurlardan danışıb. O, qeyd edib ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb.

Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, YAP Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, YAP Nərimanov rayon Qadınlar Şurasının sədr müavini Məhbubə Məmmədova, 7 saylı uşaq yoluxucu xəstəliklər xəstəxanasının baş həkimi Mehriban İsayeva və fəal gənc Sara Abbasquliyeva çıxış edərək seçkilərdə İ. Əliyevin namizədliyinin dəstəklənəcəyini qeyd ediblər.

Tədbirin sonunda xatirə şəkli çəkilib və bununla da tədbir öz işini başa vurub.