Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə həyat sığorta şirkətlərinin İpoteka və Kredit Zəmanət Fondu ilə görüşü baş tutub.

Unikal.org xəbər verir ki, Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə həyat sığorta şirkətlərinin İpoteka və Kredit Zəmanət Fondu ilə görüşü baş tutub. Görüşdə Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli, sığorta şirkətlərinin rəhbər şəxsləri və İpoteka Fondunun rəhbərliyi iştirak edib. Görüşün əsas müzakirə mövzusu İpoteka Fondunun "İpoteka haqqında" qanunun 27.1-ci maddəsinə dəyişiklik təşəbbüsü ilə çıxış etməsi olub.

Görüşdə tərəflər mövqelərini ifadə ediblər və məsələnin hər iki tərəfi qane edəcək şəkildə həll olunması istiqamətində təkliflər irəli sürülüb. Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəylinin sözlərinə görə, görüş zamanı ipoteka kreditləri üzrə sığorta tariflərinin endirilməsi barədə razılığa gəlinib.

İpoteka kreditləri üzrə sığorta tarifləri aşağı salınacaq. Tariflərin 10-15 faiz endirilməsi nəzərdə tutulur.

Növbəti görüşdə bununla bağlı görüləcək tədbirlərin ətraflı müzakirə olunması qərara alınıb.