Paytaxt Bakıda turistlərə satılan süvenirdə əksini tapan Azərbaycan xəritəsində Qarabağ ərazisi təsvir edilməyib.

Unikal.org xəbər verir ki, bu barədə tanınmış jurnalist Sənan Nəcəfov məlumat yayıb. Fotonu paylaşan S.Nəcəfov bunu xəyanət adlandırıb.

Mədəniyyət və Turizm Nazirliyindən kult.az-a bildirildi ki, artıq araşdırma başlayıb və qısa müddətdə araşdırmanın nəticəsi elan olunacaq.