"Sədərək Ticarət Mərkəzindən oğurluq etmək istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, aprelin 4-də "Sədərək Ticarət Mərkəzindəki mağazaların birindən dəyəri 360 manat olan 2 ədəd "Ariston su qızdırıcısını oğurlayaraq qaçmağa cəhd göstərən şəxs Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

10-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Sumqayıt şəhər sakini Xəyal Bağırov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.