Bu gün  Yeni Azərbaycan Partiyası seçki gərargahı Balakən rayonun İtitala kəndində görüş keçiriblər.

Unikal.org xəbər verir ki, görüşü Yeni Azərbaycan Partiyası Balakən rayon Seçki Qərargahının sədri Azad Balayev giriş sözü ilə açaraq Azərbaycan prezidenti cənab İlham Əliyevin müstəqil Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, həyəta keçirilən qlobal layihələrdən, regionların sosial-iqtisadi inkişafından geniş söhbət açıb. 

Tədbirdə kəndin ziyalıları adından Alqayev Şərif seçicilərə müraciətlə çıxış etdi. Kənd seçiciləri adından danışan İtitala kənd sakini Qurbanəliyeva Samrat rayon Seçki Qərargahının üzvlərini əmin etdi ki, seçkilərdə hamı bir nəfər kimi iştirak edəcək, 11 aprel günü Balakən seçiciləri üçün bayrama çevriləcək. İtitala kənd müəllimləri adından müəllimə Əliyeva Lamiyə, ilk dəfə səs verən Mustafayeva Alagöz , 11 apreldə seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verməyə çağırdılar. Görüşdə Milli Məclisin üzvləri 109 saylı Balakən DSK-dan və 111 saylı Zaqatala-Balakən DSK-dan olan deputatlar Nəsib Məhəməliyev və Kamilə Əliyeva geniş çıxış ediblər.