Martın 12-dən start verilən 2018-2019-cu tədris ili üçün elektron sistem vasitəsilə Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu davam edir.

Unikal.org  Təhsil Nazirliyinə istinadən xəbər verir ki, aprelin 6-na olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə bu bölgələr üzrə I sinfə qəbul üçün 13 504 sorğu yerləşdirilib. Belə ki, Abşeron rayonu üzrə 5048, Gəncə şəhəri üzrə 3568, Sumqayıt şəhəri üzrə isə 4888 nəfərin sorğusu qeydə alınıb. Bu bölgələr üzrə I sinfə gedəcək şagirdlərin sayı 17 873 nəfər olacağı proqnozlaşdırılır.