Space Tv-nin "Olar? Olmaz!" verilişinin növbəti mövzusu apteklər olub. Jurnalist və aparıcı Amil Xəlil bu dəfə də Aptekləri sinaqdan keçirib.

Unikal.org xəbər verir ki, jurnalist tarif şurasının qoyduğu qiymətlərə riayət edilib-edilməməsini yoxlamaq üçün çəkiliş aparıb. O alıcı kimi adı çəkilən məkanlara daxil olub.

A.Xəlilin araşdırması nəticəsində məlum olub ki, 50 qəpiklə 2 manat arası artım qeydə alınıb. Bəzi dərmanların qiymətlərinin isə 4 manatdan 70 qəpiyə qədər aşağı salındığı diqqət çəkib.

Qeyd edək ki, veriliş həftə içi hər gün saat 19:55 də Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanır.

Həmin görüntüləri təqdim edirik: