2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə (I-IV ixtisas qrupları üzrə) tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu davam edir.

Unikal.org bildirir ki, bu gün saat 12.05-ə olan məlumata əsasən, ilk qəbul imtahanında iştirak üçün 28 004 nəfər abituriyent (23 832 nəfər Azərbaycan bölməsi, 4172 nəfər rus bölməsi), ikinci qəbul imtahanında iştirak üçün isə 326 abituriyent (280 nəfər Azərbaycan bölməsi, 46 nəfər rus bölməsi) qeydiyyatdan keçib.

 Ali təhsil müəssisələrinə (I-IV ixtisas qrupları üzrə) tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu martın 29-dan aprelin 30-dək internet vasitəsilə aparılır.