11 aprel tarixində ölkəmizdə keçiriləcək Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası Ağdaş rayonunda uğurla davam edir. Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən ölkə prezidenti cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Mədəniyyət Mərkəzində mədəniyyət işçiləri ilə görüş keçirilmişdir. Seçicilərlə görüşdə millət vəkilləri Cavid Osmanov, Elman Nəsirov və Sabir Hacıyev iştirak ediblər.
Unikal.org xəbər verir ki, görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov saylı günlər sonra ölkədə keçiriləcək mühüm siyasi kampaniya olan Prezsident Seçkiləri haqqında və bununla əlaqədar olaraq bu günə qədər görülmüş işlərdən danışıb. Cavid Osmanov həmçinin son 15 il ərzində cənab prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət haqqında, ölkədə hər bir sahədə olduğu kimi mədəniyyət və incəsənət sahəsində də görülən işlər haqqında görüş iştirakçılarına geniş məlumat verib. Avroviziya mahnı müsabiqəsinin və bununla yanaşı digər beynəlxalq əhəmiyyətli musiqi festivallarının, eləcə də İlk Avropa və İslam Həmrəyliyi oyunlarının açılış və bağlanış mərasimlərinin çox yüksək səviyyədə təşkil olunmasına və bu mərasimlər zamanı Azərbaycan mədəniyyətinin bütün dünyaya nümayiş etdirilməsinə diqqət çəkən Cavid Osmanov bildirdi ki, bütün bunlar ölkə başçısının Azərbaycan mədəniyyətinə olan diqqət və qayğısının əyani təzahürüdür.
Görüşdə millət vəkili Sabir Hacıyev çıxış edərək ölkədə bütün sahələrlə yanaşı mədəniyyətə, mədəniyyət işçilərinə olan dövlət qayğısından söz açıb. Millət vəkili Elman Nəsirov isə Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təmsil olunması və bu sahədə həyata keçirilən möhtəşəm layihələrdən danışıb.
Seçicilər adından çıxış edənlər - Seyfəddin Feyzullayev, Rafiq İsgəndərov, Natavan Ağayeva və Camal Xəlilov qeyd ediblər ki, onlar ulu öndər Heydər Əliyev siyasi kursuna sadiqdirlər və seçimləri də bəllidir. Aprelin 11-də onlar yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri, indiki prezident cənab İlham Əliyevə səs verəcəklər.
Daha sonra, ölkəmizdə keçiriləcək Prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağdaş Mədəniyyət Mərkəzində rayon gəncləri ilə də görüş keçirilib. Görüşdə millət vəkilləri Cavid Osmanov, Elman Nəsirov və Sabir Hacıyev iştirak ediblər.
Millət vəkili Cavid Osmanov görüşdə çıxış edərək Azərbaycan prezidenti cənab İlham Əliyevin ölkə gənclərinə göstərdiyi diqqət və qayğıdan və ümumilikdə həaya keçirilən gənclər siyasəti haqqında müfəssəl məlumat verib. Ölkədə təhsli, mədəniyyət və idman sahəsinə göstərilən diqqət və qayğının dolayısı ilə elə gənclərə göstərilən diqqət və qayğı olduğunu vurğulayan Cavid Osmanov bu gün ölkədə hər bir sahədə gənclərin fəal şəkildə fəaliyyət göstərdiklərini diqqətə çatdırıb.
Çıxış edən millət vəkili Sabir Hacıyev ölkədə gənclər üçün yaradılan əlverişli şəraitdən, gənc sahibkarlar üçün verilən imtiyazlardan danışıb. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirildiyini, mütəmadi surətdə təkmilləşdirilən gənclər siyasətinin gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaratdığını, dövlət başçısının gənclər siyasəti ilə bağlı imzaladığı proqramların əhatəliliyini, onların gənclərlə bağlı ən müxtəlif sahələrdə görüləcək işləri əks etdirməsini diqqətə çatdırıb.
Millət vəkili Elman Nəsirov Azərbaycan gənclərinin yüksək səviyyədə ali təhsil almaları üçün dövlətin həyata keçirdiyi işlərə diqqət çəkdi. Prezidentimiz İlham Əliyevin Azərbaycan gəncliyinin hamisi olduğunu, ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycanda gənclər siyasətinin uğurları ilə yadda qaldığnı, Gənclər siyasətinin ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib.
Gənc seçicilrlə keçirilən görüşdə gənclər adınadan çıxış edənlər - Yunus Nəcəfov, Rəhman Cəfərli, Sevil Əhmədli, Ayna Zehirova və Zülfiyyə Soltanova ölkə başçısı cənab İlham Əliyevin ölkə gənclərinə göstərdiyi diqqət və qayğını yaxından hiss etdiklərini, ölkə gəncləri üçün həyata keçirilən layihələri yüksək qiymətləndirdiklərini vurğulayıblar. Ağdaşlı gənclər bildirdilər ki, Azərbaycanın daha da güclü dövlətə çevrilməsi, gələcəkdə ölkəmizin davamlı inkişafı naminə məhz İlham Əliyevə səs verəcəklər. Bunun üçün də 11 aprel tarixini səbrsizliklə gözlədiklərini və həmin gün böyük çoşqu ilə seçki məntəqələrinə gedərək öz seçimlərini təsdiqləyəcəklərini bəyan ediblər.
Ağdaş rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev çıxışında Azərbaycan Respublikasının iqtisadi və sosial tərəqqi yolunda inamla irəliləməsinin, milli demokratiyanın daha da möhkəmlənməsinin, ölkəmizin dünyada nüfuzunun artmasının bir dövlət başçısı, tanınmış milli lider kimi İlham Əliyev tərəfindən müəyyən edilmiş və həyata keçirilən uzunmüddətli siyasi xəttin gerçəkləşməsinin aşkar nəticələri nəticəsində mümkün olduğunu vurğuladı. Ağdaşlı gəncləri həmişə olduğu kimi bu seçkidə də fəal olmağa çağırıb.
Növbət görüş rayonun Orta Ləki kəndindən olan seçicilərlə keçirilib. Görüşdə millət vəkilləri Cavid Osmanov, Elman Nəsirov və Sabir Hacıyev iştirak edib.
Görüşü giriş sözü ilə açan Cavid Osmanov son illər Azərbaycanın əldə etdiyi uğurlardan və ölkədə qeyri-neft sektorunun inkişafında görülən işlər haqqında geniş məlumat verib. Bütün qeyd olunanların ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uğurlu siyasətin bəhrəsi olduğunu bildirən Cavid Osmanov bu siyasətin bundan sonra da davam etməsinin vacib olduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb.
Millət vəkili Sabir Hacıyev ölkədə həyata keçirilən abadlıq-qururuculuq işləri sayəsində şəhər və kənd anlayışının demək olar ki, aradan qalxdığını və bütün bunların ölkə başçısı cənab İlham Əliyevin yorulmaz əməyinin nəticəsi olduğunu bildirib.
Görüşdə çıxış edən millət vəkili Elman Nəsirov son illər kəndlərin qazlaşdırılması məsləsinə diqqət çəkdi. Bununla yanaşı kənd yerlərində digər infrastruktur layihələrinin cənab prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla icra edildiyini bildirib.
Seçicilər adından çıxış edən kənd sakinləri - Rasim Seyidov, Vüqar Nəbiyev və Amil Ağayev ölkədə gedən bütün proseslərin - davamlı inkişafın, möhkəm əsaslı sabitlik və əmin-amanlığın hər bir ölkə vətəndaşının gözü qarşısında baş verdiyini qeyd ediblər. Seçicilər bildiriblər ki, bütün bunlar ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin cənab prezidentimiz İlham Əliyev tərəfindən günün tələbləri çərçivəsində həyata keçirilməsinin nəticəsidir. Sakinlər bəyan etdilər ki, onlar Heydər Əliyev siyasətinə sadiqdirlər və seçimləri dəyişməzdir. 11 aprel tarixində isə onlar seçki məntəqələrinə gedərək öz seçimlərində qaldıqlarını yekdilliklə nümayiş etdirəcəklər.