MDB PAA-dan olan beynəlxalq müşahidə missiyası Azərbaycan Respublikası Prezidenti seçkilərini müşahidə etmək üçün aprelin 8-dən etibarən Bakı şəhərində olacaqlar.

Unikal.org xəbər verir ki, Beynəlxalq müşahidə missiyasının tərkibi Rusiya Federasiyası, Tacikistan, Moldova, Belarus, Qazaxıstan Respublikaları və Qırğız Respublikasından olan deputatlardan ibarətdir. Bundan əlavə beynəlxalq müşahidəçilər missiyasına MDB PAA-nın beynəlxalq monitorinq institutunun əməkdaşları və ekspertləri daxildir.

Missiya üzvləri aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri müşahidə etmək üçün Bakı şəhərində və respublikanın bölgələrndə olacaqlar.

Həmçinin beynəlxalq müşahidəçilərin Azərbaycan Respublikasının Milli Məclisi, Mərkəzi Seçki Komissiyası və prezidentliyə namizədlərlə görüşləri nəzərdə tutulur.

Seçkilər başa çatdıqdan sonra MDB PAA-dan olan beynəlxalq müşahidəçilər seçkilərin keçirilməsi ilə bağlı mətbuat konfransı keçirəcəklər.