Bəşəriyyətin ən böyük bəlalarından birinə çevrilən xərçəng xəstəliyinin erkən aşkarlanmasının böyük əhəmiyyəti var. Siz fərqində olmasanız da, bəzi narahatlıqlar xərçəngin əlaməti ola bilər. 

Unikal.org ailem.az-a istinadən xərçəngin bilinməyən əlamətləri barədə məlumat verir.

Boyun və üz şişməsi

Ağciyər xərçəngi üz, boyun, qol və sinənin üst qismində şişlik yarada bilər. Bu şiş başdan ürəyə gedən damara təzyiq edir.

Sümük ağrısı

Yüngül və güclü sümük ağrıları sümük xərçəngi xəstələrinin ortaq şikayətidir. Xərçəng böyüdükcə şikayətləriniz də böyüyür. Bu da yerimə və qaldırma kimi hərəkətləri əngəlləyəcək.

Həssaslığın itməsi

Yuxuda ayağınızda uyuşma hiss edirsiniz? Əgər bu hiss uzun müddət davam edərsə, mütəxəssisə getməyiniz məsləhətdir. Bədəninizin bir və ya birdən çox yerində həssaslığın itməsi, beyin, onurğa, ilik və əzələ kanallarında bir şiş ola bilər.

Əzələ gücsüzlüyü

Gündəlik vəzifələri yerinə yetirməkdə çətinlik çəkirsinizsə, bu xərçəng növü yorğunluq və şişmə ilə birləşərək ortaya çıxar. Məsələn, ağciyər xərçəngi ayaq ətrafında əzələ problemləri yaradaraq, tarazlıq problemlərinə səbəb ola bilər.

Arıqlama

Hər hansı bir pəhriz, ya da idman etmədən arıqlamağa başladınızsa, diqqətli olmalısınız. Xərçəng hüceyrələri bədənin enerji və protein yaratma formasını dəyişdirərək, arıqlamağınıza səbəb ola bilər.

Yorğunluq

Uzun müddətli zəiflik, yorğunluq və özünüzü tükənmiş hiss etdiyiniz zamanlarda vəziyyət ciddi ola bilər. Bu əlamətlərlə bərabər ağrı, mədə bulantısı və ya qusma da varsa, xərçəng, yaxud digər xəstəliklərin xəbərçisi ola bilər.

Şişkinlik

Şişkinlik qarın ağrısı, yemə sıxıntısı və ya çox yorğunluq kimi digər yan təsirlərlə özünü göstərdikdə mütləq mütəxəssislə məsləhətləşmək lazımdır. Bu simptomların çoxu qadınlarda reql zamanı ilə qarışdırılır. Ancaq bu maddələr yumurtalıq xərçənginin yayğın əlamətləri ola bilər.

Qalıcı öskürək

Sadəcə qalıcı öskürək deyil, öskürəyin bitkinliklə birləşməsi sağlığınız üçün ciddi risk yarada bilər. Öskürəyiniz aylarca davam edərsə, ağciyər xərçəngi ola biləcəyi üçün mütləq həkimə gedin.

Mədə ağrıları

Qarın ağrıları və sancılar kolorektal xərçəngin əlaməti ola bilər. Çox xəstə mədə xərçənginin ilk dövrlərində bir simptomla qarşı-qarşıya qalmaz. Buna görə də bədənini dinləyin və bəsit gördüyünüz qarın ağrılarını diqqətə alın.

Ürək ağrısı

Yemək yemə əsnasında mədədə yanmanın meydana gəlməsi və sinə qismində ağrı yaşanması ezofagial xərçəngin əlaməti ola bilər.

Xırıltı

Ağciyər xərçəngi xəstələrinin xatırladığı ilk əlamətlərdən biri, nəfəs alarkən nəfəslərini tuta bilməmələridir. Tiroid xərçəngi, boğaz ağrısı və ya nəfəs problemlərinə səbəb ola bilər.

Şişmiş sinə

Qadınlarda qırmızı və ya bənövşəyi rəngdə, şişmiş sinə iltihablı döş xərçəngi anlamına gələ bilər. Bunun kimi fizioloji dəyişikliklər diqqətinizi çəkdikdə dərhal həkimə müraciət edin.

Udma problemləri

Udma və ya yemək yemə çətinliyi adətən boğaz xərçəngi ilə əlaqədardır. Ancaq eyni zamanda ağciyər xərçənginin ilk əlamətlərindən biri də ola bilər. Boğazda boğuq səs və ya güclü təzyiq tiroid xərçənginin erkən əlaməti sayılır.