Cəlilabad rayonunda qidadan zəhərlənmə hadisəsi baş verib.

Unikal.org Xezerxeber.az-a istinadən məlumat verir ki, rayonun Qarazəncir kəndində dükandan alınmış toyuq ətindən hazırlanmış yeməyi yedikdən sonra kənd sakinlərinin vəziyyəti qəfildən pisləşib və onlar yaxınları tərəfindən xəstəxanaya çatdırılıblar. Yeməkdən zəhərlənənlər Qarazəncir kənd sakinləri Türkan Nuriyeva, Səbinə Abbasova və Zülfiyyə Bayramovadır. Hazırda reanimasiya şöbəsində müalicə alan xəstələrin vəziyyəti orta ağır olaraq qalır.