Xəbər verdiyimiz kimi, bu gün səhiyyə naziri Oqtay Şirəliyevin işçiləri Unikal.org-un əməkdaşı Famil Fərhadoğlunu (İbrahimov) döyüblər. Hadisə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun dəfn mərasimində baş verib.
Məsələdən xəbərdar olan nazir xəbəri saytdan çıxarmaq istəyir.
Hadisə ilə bağlı Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Unikal.org-un baş redaktoru Asəf Rzayevlə əlaqə saxlayıb. O, A.Rzayevdən xəbəri saytdan silməyi xahiş edib: "Xahiş edirik, hadisəni ictimailəşdirməyin! Nazir məsələdən xəbərdardır. Hadisəni törədənlər müəyyənləşdirilərək cəzalandırılacaq.
A.Rzayev nazirin əməkdaşının bu xahişini rədd edərək, hadisə ilə bağlı ölkə başçısı İlham Əliyevə də müraciət ediləcəyini deyib.