Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, gənclərin təhsil, məşğulluq, innovasiya fəaliyyəti, beynəlxalq əməkdaşlıq, asudə vaxtın səmərəli təşkili, ictimai fəal gənclərin stimullaşdırılması istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsi üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər Fonduna 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.