Saat 12.00-a olan məlumata görə, respublika üzrə seçicilərin 2 milyon 93 min 343 nəfəri səs verib. Bu da prezident seçkilərində qeydə alınmış seçicilərin 39,39 faizinə bərabərdir.

Unikal.org xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.