Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova ötən gün jurnalist Famil Fərhadoğlunun (İbrahimov) döyülməsi hadisəsinə münasibət bildirib.

Unikal.org xəbər verir ki, E.Süleymanova "Ölkə.Az"a açıqlamasında sözügedən hadisə ilə bağlı araşdırma aparacağını söyləyib:

"Mən bu məsələdən xəbərsizəm. Gərək ki, təsdiqlənmiş fakt olsun. Həmin fakt mənə çatan kimi isə bu barədə Nazirliyə müraciət edim. Ancaq mən mütləq şəkildə bu hadisəni araşdıracam".

Xatırladaq ki, "Unikal.org" saytının jurnalisti Famil Fərhadoğlu ötən gün səhiyyə naziri Oqtay Şirəliyevin göstərişi ilə döyüldüyünü iddia edən açıqlama yayıb.