Azərbaycan seçki tarixində bir ilkə də imza atılıb. Belə ki, özü prezidemtliyə namizdə olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev seçki məntəqəsinə gələrək özünə deyil, İlham Əliyevə səs verib.
Unikal.org-a daxil olan məlumata görə Hafiz Hacıyevin anası da hamını təəccübləndirməyi bacarıb.
85 yaşlı Pünhan Haciyeva Moderator.az əməkdaşına bildirib ki, o da İlham Əliyevə səs verib:
"Ailəm, balalarım, övladlarım oğlum Hafiz Hacıyevə səs verib, mən isə İlham Əliyevə səs verdim".