Şəkidə iki nəfəri it, bir nəfəri isə siçovul dişləyib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu gün rayonun Baş Zəyzit kənd sakini, 1967-ci il təvəllüdlü Muxtar Əhməd oğlu İsgəndərov, Şəki şəhər sakini, 1995-ci il təvəllüdlü Kəmalə Asim qızı Yusifova it dişləməsi, Şəki şəhər sakini, 2008-ci il təvəllüdlü İbrahim Fizuli oğlu İsakov isə siçovul dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər.

MRX-dan bildirilib ki, hər üç şəxsə tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulduqdan sonra evə buraxılıblar.