11 aprel Prezident seçkisi günü Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Stansiyanın "103 xidmətinə 2087 ümumi müraciət daxil olub.
Səhiyyə Nazirliyindən unikal.org-a verilən məlumatda bildirilib ki, müraciətlərin 7-i seçki dairələrindən olub.
"Daxil olan müraciətlər 16, 40, 17, 27, 1, 125 və 24 saylı seçki məntəqələrindən qeydə alınıb. Müayinələr zamanı hipertoniya, mövsümi allergiya, stenokardiya və baş ağrısı kimi diaqnozlar təyin edilib.
"103 xidməti 24 saatı ərzində fasiləsiz Bakı şəhərinin xəstə və zərərçəkən əhalisinə hadisə yerindən müalicə ocaqlarına çatdırılanadək təcili və təxirəsalınmaz tibbi yardım göstərən tibb müəssisəsidir.
2017-ci ci il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 12 mindən çox, yəni 693,6 mindən artıq ümumi müraciət daxil olub. Bu müraciətlər əsasında 63,3 mindən çox xəstə stasionar müalicəyə yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 82 mindir. Onlardan stasionar müalicəyə yerləşdirilənlərin sayı 12,5 mindən artıq olub.