Bu gün Azxeber.com informasiya portalının 8 yaşı tamam olur.

2010-cu il aprel ayının 13-də jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin ciddi mətbu orqanları tərəfindən istinad olunur. Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com həm də intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır.

Azxeber.com eyni zamanda sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır. Belə ki, portalın rəsmi "facebook səhifəsini yüz minlərlə insan bəyənib. Eyni zamanda portalın "Tvitter, "İnstagram, "Youtube və "Myvideo sosial şəbəkələrində fəaliyyət göstərən rəsmi hesabı mövcuddur.

Unikal.org kollektivi Azxeber.com-u yaranmasının 8-ci ili münasibətilə təbrik edir, uğurlarının davamlı olmasını diləyir!